25 
Dek
2017
00:45
265
36
13474
yuxarı
Madonnanın “bomj” qardaşı evə qayıtdı
25 Dek, 2017
00:45
13474
265
36
Madonnanın “bomj” qardaşı evə qayıtdı
Tanınmış müğənni Madonnanın 61 yaşlı qardaşı Entoni Çikkone yeddi il “bomj” həyatı yaşadıqdan sonra evinə, qohumlarının yanına qayıdıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə The Sun yazır.
Məşhur müğənninin qardaşı küçədə yaşayır və Miçiqan körpüsünün altında gecələyirdi. Entoni ailə üzümlüyündə çəndən çaxır içərkən yaxalandıqdan sonra evdən qovulmuşdu.
Madonnanın digər qardaşı Kristofer Entoninin hazırda evə qayıtdığını bildirib və qeyd edib ki, o, spirtli içki və narkotik asılılığından müalicə kursu keçib.
Qeyd edək ki, Madonna dəfələrlə qardaşına kömək etmək istəsə də, hər dəfə təklifinə rədd cavabı alıb.
N.О.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək