Yan
2018
11:45
870
669
35282
Virtual karabakh

İranda iğtişaşlar: Onlarla ölən var – YENİLƏNİB

2 Yan, 2018
11:45
35282

İranda iğtişaşlar: Onlarla ölən var – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 20-ə çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə IRIB dövlət telekanalı məlumat yayıb.

Son üç gün ərzində təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

01.01.2017 23:05

İranda etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar davam edir.

Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, Nəcəfabad şəhərində aksiya iştirakçılarının polisə atəş açması nəticəsində bir polis ölüb, üçü isə yaralanıb.=

16:44

İranda hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

Qeyd olunur ki, silahlı aksiya iştirakçıları polis bölmələri və hərbi bazaları ələ keçirməyə cəhd ediblər, lakin güc strukturları bütün hücumların qarşısını alıblar.

14:27

Dekabrın 28-dən davam edən iğtişaşlarda İranda ən azı on nəfər ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə France-Press nəşri yerli polisə istinadən məlumat yayıb.

Bundan əvvəl agentlik dörd nəfərin öldürülməsi barədə məlumat vermişdi.

Onlardan ikisi İze şəhərində güllələnib, daha ikisi isə Dorudda toqquşma zamanı həyatını itirib. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.

“Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb”, - deyə şəhər bələdiyyə rəhbəri bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri