Yan
2018
11:18
360
67
12556
Virtual karabakh

Rusiyanın hərbi bazasına hücum: Yeddi təyyarə məhv edildi

4 Yan, 2018
11:18
12556

Rusiyanın hərbi bazasına hücum: Yeddi təyyarə məhv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın “Hmeymim” aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb.

Oxu.Az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzetinin hərbi-diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, minaatanlardan edilmiş hücum nəticəsində Rusiya ordusuna aid 4 ədəd Su-24 bombardmançısı, 2 ədəd müxtəlif təyinatlı Su-35C qırıcısı və bir ədəd An-72 hərbi-yük gəmisi məhv edilib. 

Döyüşçülərin atdığı mərmilərdən biri bazadakı silah-sursat anbarını dağıdıb. Ondan çox hərbi qulluqçunun yaralandığı güman edilir. Məqalədə yaralılar arasında Rusiya vətəndaşlarının olub-olmadığı göstərilmir. Rusiya Müdafiə Nazirliyi yayılan xəbəri şərh etməyib. “Lenta.ru” saytının hərbi mənbələri təyyarələrin  partladılması, hərbçilərin yaralanması  ilə bağlı informasiyanı təsdiq edə bilməyib.

Terrorçu qruplaşmaların fəaliyyətinin monitorinqi (müşahidəsi) ilə məşğul olan “Directorate 4” kanalı,  dekabrın 31-dən yanvarın 3-nə kimi olan müddətdə Suriyada olan heç bir qruplaşmanın Rusiya hava bazasına hücum həyata keçirməsi ilə bağlı bəyanat yaymadığını  bildirir. Kanalın yaydığı xəbərə görə dekabrın sonunda döyüşçülər hava bazasına hücum etsələr də, buraxılan raket “Pansır-C1” tipli zenit-raket kompleksləri ilə havada zərərsizləşdirilib.

“İddia olunan hücumun baş verib-vermədiyini müəyyənləşdirmək üçün onun  peyk görüntüləri olmalıdır. Təcrübə onu göstərir ki, qərb xəbər agentlikləri belə görüntülər olduqda, onları ani şəkildə yayır”, - deyə “Directorate 4” müəllifi məqalədə qeyd edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri