14 
Yan
2018
23:51
17
516
6998
Virtual karabakh

Fransa bakteriyalı körpə qidalarını 83 ölkəyə satıb – VİDEO

14 Yan, 2018
23:51
6998

Fransa bakteriyalı körpə qidalarını 83 ölkəyə satıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada istehsal olunan və tərkibində salmonella bakteriyası olduğu ortaya çıxan körpə qidaları 83 ölkəyə satılıb.

Oxu.Az xəbər verir ki, virus 12 milyondan çox qutuda aşkarlanıb.

Dünyanın ən böyük uşaq yeməkləri markalarından biri olan “Lactalis” tərəfindən istehsal edilən qidalardakı virus barədə şirkətin baş katibi Emmanuel Besnier “Le Journal du Dimanche”ə danışıb:

“Bu məhsullar dünyanın 83 ölkəsində satıla bilər”.

O, bütün məhsulların bazardan yığışdırılacağını və zərəçəkənlərə kompensasiya veriləcəyini qeyd edib.

Artıq 35 körpənin salmonella vürusuna yoluxduğu təsbit olunub. İspaniya və Yunanıstanda da oxşar halların qeydə alındığı haqda xəbərlər var.

Qeyd edək ki, bu məhsullar Azərbaycanda da satılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri