18 
Yan
2018
10:32
146
22
4336
Virtual karabakh

Tillerson: Türkiyəyə bir açıqlama borcumuz var

18 Yan, 2018
10:32
4336

Tillerson: Türkiyəyə bir açıqlama borcumuz var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ xarici işlər naziri Reks Tillerson Türkiyə-Suriya sərhədində qurulacağı və 30 min terrorçu YPG-lidən təşkil oluanacağı iddia edilən “Sərhəd gücü” haqqında önəmli açıqlamalar verib.

Oxu.Az-ın xəbərinə görə, Tillerson ABŞ-ın belə bir niyyətinin olmadığını iddia edib.

O, “ABŞ-ın belə niyyəti yoxdur. Türkiyənin nədən sərt reaksiya verdiyini də yaxşı anlayırıq və onlara bir açıqlama borcumuz var”, - deyib.

Tillerson həmçinin, “ Mövqeyimiz Türkiyə tərəfindən yanlış başa düşüldü  və bəzi rəsmi şəxslər də bizə qarşı yanlış ifadələr söylədi”, - deyə qeyd edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri