18 
Yan
2018
14:50
25
824
27860
Virtual karabakh

Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb – VİDEO + YENİLƏNİB

18 Yan, 2018
14:50
27860

Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, yanan avtobusun yan qapısı bloklanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Казахстан” məlumat yayıb.

“Avtobus dayandı, bütün sürücülər avtobusdan qaçdı. İnsanlar çıxışa doğru qaçırdılar, ancaq yan qapı bloklanmışdı”, –deyə  Aktübinsk vilayətinin fövqəladə hallar departamentinin mətbuat xidmətinin nümayəndəsi Vitaliy Sinyov  bildirib.

Qeyd edək ki, yanvarın 18-də, səhər saatlarında Qazaxıstanın Aktobe vilayətinin İrqiz rayonunda  Samara-Çimkent  avtotyolunda sərnişin avtobusu yanıb. Hadisə nəticəsində 52 nəfər həlak olub, yanğından yalnız beş nəfər xilas ola bilib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

11:05

Qazaxıstanda sərnişin avtobusu yanıb.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

Avtobusda ikisi şofer olmaqla, 57 nəfər olub.

“İkarus” markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb, beş nəfər xilas edilib. Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri