22 
Yan
2018
18:00
1263
464
19666
Virtual karabakh

Rusiyada Mübariz Mənsimovun işi araşdırılır

22 Yan, 2018
18:00
19666

Rusiyada Mübariz Mənsimovun işi araşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federal Vergi Xidməti Mübariz Mənsimova aid “Palmanli” şirkətinin nizamnamə kapitalında olan payın alqı-satqısı haqqında müqavilənin qanuniliyini araşdırır. Əqdlərin xarici şirkətlər tərəfindən bağlandığı bildirilir.  

Oxu.Az News.ru-ya istinadən xəbər verir ki, bu barədə dövlət dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Dmitri Savelyev sayta açıqlama verib. Deputat bir müddət əvvəl bu məsələ ilə bağlı RF istintaq orqanlarına müraciət edib. 

Savelyevin sözlərinə görə, “Palmali”nin iştirakı ilə mümkün vergi cinayətinin törədilməsi barədə “Moskovskiy Komsomolets”də çıxan məqalədən xəbər tutub. Həmin məqalədə müəlliflər bildirib ki, azərbaycanlı iş adamı Mübariz Mənsimova aid şirkətin vergi maxinasiyaları ucbatından Rusiya federal büdcəsinə onlarla milyon dollar daxil olmayıb.

Saytın məlumatına görə, Rusiyanın “Palmali” MMC-də payların 100 faizinə sahib olan Türkiyənin “Palmali Gemi Hizmetleri ve Agentlik Anonim Şirketi” ona məxsus olan bütün  payı Maltada qeydiyyatda olan “Palmali Holding Со. Ltd”yə satıb. Müəllif qeyd edir ki, Rusiya  qanunvericiliyi əsasında rəsmiləşmiş və notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsində  “Palmali” MMC nizamnamə kapitalında 100% payın qiyməti 6 112 377 ABŞ dolları məbləğində göstərilib. 

“Delloite Malta” audit şirkətinin hesabatına əsasən, əqdin real qiyməti 230 000 000 ABŞ dolları təşkil edir; bu, Rusiyada rəsmiləşmiş alqı-satqı müqaviləsində göstərilən məbləğdən təxminən 38 dəfə çoxdur. Dmitri Savelyevin sözlərinə görə, Rusiyanın  “Palmali” MMC-nin nizamnamə kapitalında olan payı alqı-satqısında iştirak edən tərəflər Rusiyanın fiskal orqanlarından əqdin real qiymətini  gizlədib və bununla qəsdən dövlət büdcə maraqlarının ziddinə gedib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri