30 
Yan
2018
11:01
59
83
6415
Virtual karabakh

ABŞ-ın “Kreml siyahısı”: Abromoviçdən Peskova qədər

30 Yan, 2018
11:01
6415

ABŞ-ın “Kreml siyahısı”: Abromoviçdən Peskova qədər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Maliyyə Nazirliyi Konqresə “Kreml hesabatını” təqdim edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, sənəddə 210 şəxsin adı qeyd olunub: onlardan 114-ü Rusiyanın yüksək vəzifəli məmurları və iri dövlət şirkətlərinin rəhbərləridir, yerdə qalan 96 nəfərin isə rusiyalı oliqarxlar olduğu bildirilir.

“Kreml siyahısı”na  Rusiyanın baş naziri Dmitri Medvedev və nazirlər kabinetinin üzvləri, o cümlədən Rusiya energetika naziri Aleksandr Novakın adları daxil edilib. Siyahıda prezident administrasiyasının rəhbəri Anton Vayno, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Vladislav Surkov daxil olmaqla, Rusiya PA-nın aparıcı rəsmiləri də var.

Sənəddə Federal Şuranın spikeri  Valentin Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, “NK Rosneft” ASC neft-qaz şirkətinin baş icraçı direktoru İqor Seçin, “Qazprom” ASC direktorlar şurasının sədri Aleksey Miller, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin , Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiyanın iri elektrik enerji şirkəti “Rosset” ASC-nin keçmiş rəhbəri Budarqin, “Rosatom”, “İnter” RMC, “Rushidro” şirkətlərinin rəhbərlərinin adları hallanır.

“Oliqarxlar siyahısında” sadalananlar arasında Alişer Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, “Kasperski Laboratoriyası” təsisçisi Yevgeniy Kasperski, Pyotr Aven və Vladimir Potanin yer alıb.

Siyahıya, eyni zamanda, Arkadi və Boris Rotenberq, Gennadi Timçenko, Oleq Tinkov, Vahid Ələkbərov və s. başqalarının adları daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, “Kreml hesabatının” fiqurantlarına qarşı ABŞ-da heç bir məhdudiyyət və qadağa tətbiq olunmur. “Oliqarx siyahısının” sanksiya xarakterli olmadığı qeyd olunur. Siyahıda yer alan bu və ya digər şəxsə qarşı hər hansı məhdudiyyət tətbiq olunmadığı təqdirdə, ABŞ vətəndaşları onlarla sövdələşmələr apara bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri