30 
Yan
2018
16:07
36
143
5114
Virtual karabakh

Jirinovski: “Kreml hesabatı” iyrəncdir

30 Yan, 2018
16:07
5114

Jirinovski: “Kreml hesabatı” iyrəncdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski ABŞ Maliyyə Nazirliyinin hazırladığı “Kreml hesabatının” iyrənc olduğunu hesab edir.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Belə hesabatlar iyrəncdir. Avroviziyada, Olimpiya Oyunlarında iştirak etməyə icazə verməməklə, hesabatlar dərc etməklə, sanksiyalar tətbiq etməklə, jurnalistləri saxlamaqla, sahibkarları həbs etməklə, deputatları buraxmamaqla onlar Rusiyanı elə hey alçaldırlar. 30 il rəzalətə dözməkdənsə, bir il müharibə etmək daha yaxşıdır. Bax, onlar müharibədən qorxduqları və savaşmağı bacarmadıqları üçün belə edirlər”, - deyə Jirinovski mətbuat konfransında bildirib.

O əlavə edib ki, ABŞ hökumətinin hərəkətləri, sadəcə, yumşaq təzyiq formasıdır.

“Biz buna necə reaksiya göstərək? Qərbin əlindən “kozırları” alaq. Onlarda elita dəyişikliyi baş verir, biz də dəyişək. Onlarda ikipartiyalı sistem mövcuddur – bizdə də eləcə. Belə olsa, artıq bizi gözüm-çıxdıya sala bilməyəcəklər. Onlar bizim narazı olan vətəndaşlarımızın əhval-ruhiyyəsindən sui-istifadə edir. Çünki prezident nə qədər yaxşı olursa-olsun, insanlar həmişə azad seçki istəyir və onun uzun müddət hakimiyyətdə qalmasına dözməyə hazır deyil”, – deyə Jirinovski diqqətə çatdırıb.

Bundan əvvəl adı qalmaqallı siyahıda olan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  ABŞ Maliyyə Nazirliyinin bu hesabatını pisləyərək, siyahıda olan bütün şəxslərin ABŞ-ın de-fakto düşmənləri elan edildiyini bildirmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri