30 
Yan
2018
18:43
235
33
9413
Virtual karabakh

Polşalı alpinistlərin inanılmaz xilasetmə əməliyyatı

30 Yan, 2018
18:43
9413

Polşalı alpinistlərin inanılmaz xilasetmə əməliyyatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransalı alpinist Elizabet Revol Himalay dağlarının şimal-qərbində (Pakistan ərazisində) yerləşən və dünyanın ən təhlükəli zirvələrindən sayılan Nanqaparbat zirvəsində çıxılmaz vəziyyətə düşüb.

Oxu.Az “The Guardian”a istinadən xəbər verir ki, polşalı alpinistlərdən ibarət komanda Revola yardım etməyə yollanıb və onu xilas edib.

Ancaq Revolun alpinist yoldaşı polşalı Tomaş Maskeviçin axtarışları nəticə verməyib.  

Yanvarın 26-da Revol və Maskeviç “qatil dağ” adlandırılan 8126 metr yüksəklikdə yerləşən zirvəyə dırmanmağa başlayıb. 7400 metr yüksəklikdə olarkən polşalı bəyaz korluğa tutulub və bədənini don vurub. Fransız həmkarı onun bir neçə yüz metr enməsinə kömək edib və çadır qurub. Özü isə peyk rabitəsi qurmaq və yardım çağırmaq üçün daha yüksəyə qalxmaq qərarına gəlib.

Həmin yüksəklikdə idmançıları təxliyyə edə biləcək hər hansı xüsusi xidmət mövcud olmadığından çətin durum yaranıb.

Çıxılmaz vəziyyətdə qalmış alpinistin harayına dünyanın ikinci ən yüksək K2 zirvəsində ”(Qaraqorum dağ sistemi) olan polşalı alpinistlər cavab verib. Nanqaparbata onları Pakistan hərbi hava qüvvələrinin helikopteri çatdırıb.

Hava nəqliyyatının ayrılması üçün ilkin ödəniş tələb olunduğundan xilasetmə qrupu helikopteri bir müddət gözləməli olub. Həmin gün - yanvarın 26-da  GoFundMe platformasında xilasetmə əməliyyatı üçün onlayn ianələrin toplanmasına başlanılıb. Helikopterin ayrılması üçün 80 min dollar tələb olunub. İanələrin toplanması və Polşa xarici işlər nazirinin məsələyə qarışmasından sonra yanvarın 27-də helikopter dörd alpinisti (o cümlədən tibbi avadanlıqlarla təchiz olunmuş həkim) Nanqaparbat zirvəsinə çatdırıb.

Dörd polşalı itkin düşən həmkarlarının axtarışını Revol və Maskeviçin olduğu iddia olunan nöqtədən 1000 metr aşağıda aparıb. Onların ikisi yüksək nöqtələrə dırmanmağa başlayıb, digər iki alpinist isə çadır qurub. Həmin vaxt artıq itkin düşmüş alpinistlərin peyk telefonunun batareyası “ölmüşdü”. 

Bazar günü (yanvarın 28-də) Elizabet Revol sağ aşkarlanıb. Əlverişsiz hava və coğrafi şərait onun həmkarının axtarışlarını davam etdirməyə imkan verməyib. Yaxın saatlarda sağ qalan alpinist və onun xilasediciləri helikopterlə təxliyyə olunacaq.

Qeyd edək ki, Nanqaparbatın alpinistlər arasında qeyri-rəsmi olaraq “qatil dağ” adlandırılması təsadüfi deyil. Həmin zirvəni fəth etməyə çalışan 30-dan çox alpinist həlak olub. Zirvəyə yalnız 1953-cü ildə qalxmaq mümkün olub. Qışda isə həmin zirvə ilk dəfə 2016-cı ildə fəth edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri