Fev
2018
00:43
545
26
4765
Virtual karabakh

Ərdoğan: Terrorçulara silah verən onlarla əlbirdir

5 Fev, 2018
00:43
4765

Ərdoğan: Terrorçulara silah verən onlarla əlbirdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara ötən gün Suriyanın Afrin əyalətində Türkiyə tankının vurulduğu silahı terrorçulara hansı ölkənin verdiyini araşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, ötən gün Afrində türk tankının vurulması nəticəsində 5 ekipaj üzvü həlak olmuşdu.

“Biz beş hərbçimizin ölümünə səbəb olmuş hadisəni araşdırır, tankın hansı ölkənin silahı ilə vurulduğunu aydınlaşdırırıq. Elə indicə Baş qərargah rəisi ilə bu barədə danışdıq.

Bizim müəyyən gümanlarımız var, lakin indi onları açıqlamaq tezdir, dəqiq nəticələri gözləmək lazımdır. Hansı ölkənin bu silahı terrorçulara verməsindən asılı olmayaraq – o, terrorçularla əlbir hərəkət edir”, - deyə, Ərdoğan bazar günü Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Onu da əlavə edək ki, ekspertlərin məlumatına görə, Türkiyəyə məxsus Leopard 2A4 tankı sovet istehsalı olan “Konkurs” markalı raket kompleksindən vurulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri