Fev
2018
14:45
15
557
4571
Virtual karabakh

Kürdlər Türkiyəni ABŞ silahları ilə atəşə tutur

6 Fev, 2018
14:45
4571

Kürdlər Türkiyəni ABŞ silahları ilə atəşə tutur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyanın Afrin bölgəsində olan Kürd PYD və YPQ qüvvələri ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün göndərdiyi silahlarla Türkiyə ərazilərini atəşə tutur.

Oxu.Az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı Türkiyə baş nazirinin müavini Bekir Bozdağ səsləndirib.

“ABŞ İŞİD-ə qarşı mübarizə məqsədilə YPG-yə silahlar göndərib. Ankara bundan əvvəl Vaşinqtonu xəbərdar etmişdi ki, bu silahlara nəticədə Türkiyəyə qarşı istifadə oluna bilər. 

YPG və PYD ABŞ-ın göndərdiyi silahlarla Türkiyə ərazilərini atəşə tutur. Halbuki Türkiyə NATO-ya üzv dövlət və ABŞ-ın yaxın müttəfiqidir”, – deyə nazir müavini bildirib.

Ötən il ABŞ prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində türkiyəli həmkarına Suriyadakı kürd birləşmələrin silah-sursatla təchizatının dərhal dayandırılacağına dair söz vermişdi.

Daha sonra Pentaqon bəyanatla çıxış edərək, kürdlərin silah təchizatının davam etdiyini bildirmişdi.

Yanvar ayında Türkiyə prezidentinin  mətbuat xidmətinin rəhbəri İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmasterlə telefonla söhbət aparıb.

Söhbətdən sonra Vaşinqton kürdlərin silah təchizatının dayandırılacağını vəd edib. Buna baxmayaraq, fevralın 1-də ABŞ Silahlı qüvvələrinin mərkəzi komandanlığının başçısı İŞİD-ə qarşı savaşacaqları günə qədər Suriya Demokratik Qüvvələrinə (YPQ) dəstəyi davam etdirəcəklərini bəyan edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri