Fev
2018
11:41
391
15
2790
Virtual karabakh

Ankara Vaşinqtonla Afrini müzakirə etməyəcək

7 Fev, 2018
11:41
2790

Ankara Vaşinqtonla Afrini müzakirə etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatları  Vaşinqtonla müzakirə etməyə lüzum görmür, belə ki, həmin bölgədə amerikalı hərbçilər yoxdur.

Oxu.Az TGRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

“Afrində amerikalı hərbçi yoxdur. Ola bilər ki, orada ara-sıra ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olur.

Buna görə Afrin mövzusunu ABŞ-da müzakirə etməyə lüzum görmürük”, - deyə Çavuşoğlu bildirib.

Türkiyəli ali diplomat bir daha Vaşinqtonu YPG qüvvələrinin silah-sursatla təchizatını dayandırmağa çağırıb.

“Pentaqon Suriyada terrorçuları silahlandırmamalıdır. Türkiyə-ABŞ münasibətlərini zərbə altına qoymaq lazım deyil. Bir halda ki biz müttəfiqik, ABŞ mütləq bu addımı atmalıdır.

Onlar bunu etməsə, bu təhlükəni aradan qaldırmasa, özümüz bu təhdidi yox etməliyik”, - deyə nazir bildirib.

O qeyd edib ki, Türkiyə ABŞ-a bel bağlaya bilməz, çünki Vaşinqton Ankaraya Suriya ilə bağlı verdiyi vədlərin üstündə durmur.

“Bizim ABŞ-ın götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləməyə ixtiyarımız var. Onlar YPG-ni Mənbicdən kənarlaşdırmalı, YPG ilə əlaqələri kəsməlidir”, – deyə Çavuşoğlu bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri