13 
Fev
2018
14:15
44
301
3207
Virtual karabakh

Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər

13 Fev, 2018
14:15
3207

Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan ötən gün Ukraynadan deportasiya olunmuş keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin vətənə ekstradisiyası ilə bağlı Polşaya sorğu göndərməyə hazırlaşır.

Oxu.Az “Qruziya onlayn”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan deputatı Aleksandr  Kantariya mətbuata açıqlama verib.  

“Saakaşvili Polşada məskunlaşsa və orada yaşayış yerini dəyişsə, oraya da sorğu göndərəcəyik”, – deyə Kantariya bildirib.

Deputat Gürcüstan məhkəməsinin Saakaşvili barəsində hökm çıxardığını xatırladıb.

“O, şübhəli şəxs deyil, məhkəmə artıq baş tutub, hökm çıxarılıb və təbii ki, indi onu burada gözləyirlər”, – deyə deputat vurğulayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri