16 
Fev
2018
01:45
296
12
2999
Virtual karabakh

Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir

16 Fev, 2018
01:45
2999

Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə PKK, PYD/YPG terror qruplaşmaları ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Berlində rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

“YPG və PYD PKK-nın Suriyadakı qollarıdır. Bunu Britaniya və ABŞ xüsusi xidmət qurumları da etiraf edir. Bu cinayətkar təşkilatın məqsədi bölgədə gərginlik və yeni münaqişə ocaqları yaratmaqdır. Ankara PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir”, - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri