18 
Fev
2018
17:54
184
161
8554
Virtual karabakh

Netanyahu Zərifə: Bizi təhdid etməyin – VİDEO

18 Fev, 2018
17:54
8554

Netanyahu Zərifə: Bizi təhdid etməyin – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin baş naziri Binyamin Netanyahu Münhen Təhlükəsizlik Konfransında İranı “dünyaya ən böyük təhlükə” adlandırıb.

Oxu.Az-ın xəbərinə görə, baş nazir bildirib ki, “İsrail heç vaxt İran rejiminə terror kəndirini boyunlarına asmağa imkan verməyəcək”.

Netanyahu İranın xarici işlər naziri Məhəmməd Zərifi “İran rejiminin yalan danışan ruporu adlandırıb”.

O, İranı ötən həftə İsrail hava məkanında vurulan pilotsuz uçuş aparıtını göndərməkdə ittiham edib. Rəsmi Tehran bu ittihamları qəbul etmir. 

Əlində pilotsuz uçuş aparatının bir hissəsini tutan Netanyahu Zərifə müraciət edib: 

“Tanıyırsız? Tanımalısız, çünki bu sizindir. Bizi təhdid etməyin”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri