19 
Fev
2018
11:43
152
49
1847
Virtual karabakh

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalardan danışdılar

19 Fev, 2018
11:43
1847

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalardan danışdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin gözlənilən olduğunu bildirib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi jurnalistlərə verdiyi açıqlamada səsləndirib.

Jurnalistlərdən biri amerikalı ali diplomata nə üçün Vaşinqton administrasiyasının Rusiyaya qarşı tammiqyaslı sanksiyalar tətbiq etmədiyini soruşub.

Suala cavabında Tillerson artıq bəzi addımların qəbul olunduğunu, xüsusilə qüvvədə olan qanunvericilik əsasında, Rusiya hərbi texnikasının satışı ilə bağlı bir neçə müqavilənin qarşısının alındığını söyləyib.

“Biz bir sıra şəxslərə qarşı da sanksiyalar tətbiq edə bilərik, hazırda bu məsələni götür-qoy edirik”, - deyə Tillerson bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri