19 
Fev
2018
12:01
117
53
3680
Virtual karabakh

Səudiyyə Ərəbistanında qadınlarla bağlı növbəti islahat

19 Fev, 2018
12:01
3680

Səudiyyə Ərəbistanında qadınlarla bağlı növbəti islahat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanında qadınlar artıq həyat yoldaşlarının və ya kişi qohumlarının razılığı olmadan biznes qura və sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Arab News” ölkənin ticarət və investisiya nazirliyinə istinadən məlumat yayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq müstəntiq vəzifəsində işləməyə başlayıb, iyun ayından isə qadınlara motosiklet və yük maşınlarını idarə etmək hüququ veriləcək.

Qadın haqlarının genişləndirilməsi ilə bağlı qərarlar vəliəhd şahzadə Məhəmməd Bin Salman əl Saudun ölkədə apardığı islahat çərçivəsində qəbul olunur.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri