19 
Fev
2018
13:56
84
378
6502
Virtual karabakh

Suriya Afrinə ordu yeridir

19 Fev, 2018
13:56
6502

Suriya Afrinə ordu yeridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PKK və YPG terrorçuları Afrin şəhərində və Türkiyə ilə sərhədyanı bir sıra rayonlarda mövqelərini Suriya ordusuna təhvil verəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi “Fırat” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hökumət qoşunlarının bölmələri artıq yaxın 48 saat ərzində Afrinə yeridilə bilər.

Bu barədə razılıq tərəflərin Hələbdə apardığı danışıqların yekunu üzrə əldə olunub.

PKK və YPG qüvvələri həmçinin Dəməşqdən Afrinin hava hücumundan müdafiəsini təşkil etməyi tələb edəcəklər.

Xatırladaq ki, Türkiyə yanvarın 20-də Suriyanın Afrin əyalətində PKK və YPG terrorçularına qarşı əməliyyata başlayıb. Türkiyə Baş Qərargahının məlumatına görə, ordu ay ərzində 1614 terrorçunu zərərsizləşdirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri