20 
Fev
2018
00:11
153
204
5261
Virtual karabakh

İranda iğtişaşlar zamanı 3 polis əməkdaşı ölüb

20 Fev, 2018
00:11
5261

İranda iğtişaşlar zamanı 3 polis əməkdaşı ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın paytaxtı Tehranın şimalında baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb.

Oxu.Az-ın İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran polisinin sözçüsü Səid Müntəzirulməhdi bildirib.

Onun sözlərinə görə, Tehranın Pasdaran xiyabanında nümayiş zamanı ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 asayiş keşikçisi ölüb.

“Təxirə salınmaz tədbirlər nəticəsində polis əməkdaşlarını öldürən şəxslər həbs olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”, deyə Səid Müntəzirulməhdi bildirib. O qeyd edib ki, hazırda Pasdaran xiyabanında durum stabilləşib, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti  altındadır.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri