20 
Fev
2018
23:46
155
85
2191
Virtual karabakh

ABŞ-da daha bir orta məktəbdə atışma baş verib

20 Fev, 2018
23:46
2191

ABŞ-da daha bir orta məktəbdə atışma baş verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Ohayo ştatının Massilon şəhərinin rəhbərliyi təhsil müəssisəsində şagirlərdən birinin güllə yarası almasında sonra təxliyyə elan edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məktəb dairəsinin saytında məlumat yayılıb.

Qeyd edilir ki, söhbət 7-ci sinif şagirdindən gedir. Hadisə məktəbin ayaqyolunda baş verib.

İlkin məlumata görə, məktəbli təhsil müəssisəsinə tapança ilə gəlib və özünə atəş açıb. Onun təsadüfən, yaxud qəsdən özünə atəş açması hələlik müəyyənləşdirilməyib.

Hadisədən sonra məktəbli xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri