21 
Fev
2018
09:59
214
28
3800
Virtual karabakh

Inın bacısı ABŞ rəsmiləri ilə görüşdən imtina etdi

21 Fev, 2018
09:59
3800

Inın bacısı ABŞ rəsmiləri ilə görüşdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

KXDR-dən olan, Kim Çen Inın bacısı Kim Yo Cjonun rəhbərlik etdiyi nümayəndə heyəti son anda Olimpiya Oyunlarının keçirildiyi Pyançanqda ABŞ vitse-prezidenti Mayk Penslə görüşü təxirə salıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert KİV-də yayılan informasiyaya münasibət bildirən zaman dilə gətirib.

“Vitse-prezidentin bu yaxınlarda müttəfiq iradəsi ortaya qoymaq və amerikalı idmançıları dəstəkləmək məqsədilə Cənubi  Koreyaya etdiyi səfər  zamanı Şimali Koreya nümayəndə heyətinin rəhbərləri ilə qısa görüş keçirmək imkanı yaranıb.

Vitse-prezident Şimali Koreyanın ballistik raket və nüvə silahı proqramının qanunsuz olduğunu bildirmək və onları bu yoldan daşındırmağa çalışmaq üçün bu imkandan istifadə etmək niyyətində idi.

Ancaq ən son anda KXDR rəsmi nümayəndələri görüşməməyə qərar verdilər. Onların bu imkandan istifadə etməməsinə görə təəssüflənirik”, - deyə departamentin sözçüsü bildirib.

Ağ Ev də Penslə KXDR nümayəndə heyəti arasında görüşün planlaşdırıldığı ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri