27 
Fev
2018
16:04
70
151
3569
Virtual karabakh

Türkmənbaşı yeni yarış avtomobilini sınaqdan keçirib

27 Fev, 2018
16:04
3569

Türkmənbaşı yeni yarış avtomobilini sınaqdan keçirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Lebapsk vilayətinə etdiyi işgüzar səfər çərçivəsində Beynəlxalq Aeroportun açılışı ilə yanaşı, “Böyük İpək Yolu” kütləvi yarışlarına start verib.

Oxu.Az xəbər verir ki, bu barədə “CA-NEWS” Türkmənistan liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Amul-Xəzər” payız rallisinə hazırlıq çərçivəsində Paris-Dakar rallisinin ikiqat qalibi Jan-Lui Şlesser Türkmənistan prezidentinə yarış avtomobilini hədiyyə edib. Dövlət başçısı maşını oğlu Sərdarla birlikdə sınaqdan keçirib.

Sınaqda şturmanın oturacağında əyləşən Sərdar Berdiməhəmmədov parlament deputatıdır. Qurbanqulu Berdiməhəmmədovun bir oğlu, üç qızı və dörd nəvəsi var. Berdiməhəmmədov 2007-ci ildən bəri Türkmənistanın prezidentidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri