Mar
2018
21:41
9
519
3744
Virtual karabakh

Myanmada müsəlmanların qırğını davam edir

6 Mar, 2018
21:41
3744

Myanmada müsəlmanların qırğını davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Myanma hökuməti Arakan bölgəsində Rohinca müsəlmanlarına qarşı etnik təmizləmə siyasətini dayandırmayıb.

Oxu.Az BBC-ə istinadən xəbər verir ki, bu bəyanatı  BMT-nin İnsan Haqqları üzrə rəsmi nümayəndəsi Endrü Qilmor səsləndirib.

BMT rəsmisinin sözlərinə görə, Rakxayn ştatında hərbiçilər tərəfindən repressiyaların başladığı tarixdən bəri, 6 ay ərzində “Rohinca müsəlmanlarına qarşı terror və məcburi ac saxlama” siyasəti yürüdülüb.

Xatırladaq ki, Arakanda etnik-dini zəminli münaqişənin alovlanmasından sonra 700 minə yaxın Rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb.

Qaçqınların böyük əksəriyyəti kütləvi qətliamlar, zorlama halları, kəndlərin yandırılmasının şahidi olub. Törədilən hərbi cinayətlərdə Myanmalı hərbiçilərə radikal buddistlər də kömək olub.

F.M.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri