10 
Mar
2018
02:07
205
54
6609
Virtual karabakh

Cenevrədə uçan maşın təqdim olundu – VİDEO

10 Mar, 2018
02:07
6609

Cenevrədə uçan maşın təqdim olundu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın “PAL-V” şirkəti Cenevrədə keçirilən beynəlxalq avtosərgidə “Liberty” uçan maşın modelinin yeni seriyasını  ictimaiyyətə təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Life.ru” məlumat yayıb.

İstehsalçı avtosalonda demonstrativ uçuş təşkil etməsə də, sərginin başa çatmasından sonra onun istismarına icazə verilməsi üçün müvafiq lisenziyaların alınması ilə məşğul olacaqlarını bildirib.  

Aeromobilin yaxın zamanda Avropa və ABŞ-da kommersiya məqsədilə satışa çıxarılacağı gözlənilir.

Uçan maşın 3500 metrə qədər yüksəkliyə qalxa bilir. Uçuş-eniş üçün mütləq 200 x 200 metr açıq sahənin olması tələb olunur. Havada aeromobil saatda 180 km-ə yaxın sürət yığa bilir, yerdə isə maksimum sürət 160 km/saata yaxındır.

 Yanacaq çəni tam dolu olan “Liberty” bir uçuşa 500 km-ə qədər məsafəni qət edə bilir.

Aeromobilin 499 min avroya satışa çıxarılacağı bildirilir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri