11 
Mar
2018
20:51
55
746
15419
Virtual karabakh

Türkiyə təyyarəsi İranda qəzaya uğradı: 11 ölü – FOTO + YENİLƏNİB

11 Mar, 2018
20:51
15419

Türkiyə təyyarəsi İranda qəzaya uğradı: 11 ölü – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər  verdiyimiz kimi, Dubaydan Türkiyəyə gələn özəl təyyarə Tehranın cənubunda qəzaya uğrayıb.

Oxu.Az “Hürriyet”ə istinadən xəbər verir ki, təyyarənin iş adamı Hüseyn Başarana aid olduğu ortaya çıxıb. Təyyarədəki sərnişinlər isə Hüseyn Başarının qızı Mine Başaran və onun rəfiqələri olub.

Onlar subaylığa vida partisi edərək, ölkəyə geri dönürmüşlər

20.41

Xəbər  verdiyimiz kimi, BƏƏ-dən Türkiyəyə gələn özəl təyyarə Tehranın cənubunda qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, təyyarədə 2 pilot, 1 stüardessa və 8 sərnişin olub.

Türkiyənin Tehrandakı səfiri Hakan Tekin təyyarədə 11 nəfərin olması xəbərini təsdiqləyib. Tekin bildirib ki, təyyarənin düşdüyü yer təyin edilib və qəza bölgəsinə xilasedicilər yollanıb.

Qeyd edək ki, təyyarə Türkiyənin öndəgedən şirkətlərindən biri olan “Başaran Holdinq”ə aiddir.

20:17

Türkiyəyə məxsus şəxsi təyyarə İranın qərbində qəzaya uğrayıb.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli “PressTV” telekanalı məlumat yayıb.

Təyyarənin BƏƏ-nin Şarja şəhərindən İstanbula uçduğu bildirilir. Məlumatda qeyd edilir ki, təyyarədə 11 nəfər sərnişin olub.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri