13 
Mar
2018
00:36
23
673
3025
yuxarı
Afrində daha bir türk əsgəri şəhid oldu
13 Mar, 2018
00:36
3025
23
673
Afrində daha bir türk əsgəri şəhid oldu
Suriyanın Afrin bölgəsinin terrorçulardan təmizlənməsi ilə bağlı aparılan döyüş əməliyyatları zamanı Türkiyə silahlı qüvvələrinin daha bir əsgəri şəhid olub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə ordu baş qərargahı bəyanat yayıb.
“Zeytun budağı” əməliyyatı çərçivəsində martın 12-də Cindərəs rayonunda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində bir əsgərimiz şəhid olub, digəri yaralanıb” deyə baş qərargahın bəyanatında deyilir.
Sonuncu itki nəzərə alınmaqda, “Zeytun budağı” əməliyyatının gedişatında həlak olmuş türk hərbçilərin sayı 43 nəfərə çatıb. Türkiyə hərbi komandanlığı döyüş əməliyyatlarında 3347 PYD/YPQ/PKK/İŞİD üzvünün zərərsizləşdirildiyini bəyan edib.
F.M.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək