14 
Mar
2018
01:22
31
206
9297
Virtual karabakh

Zəhərlənən Skripal və qızı ömürlük şikəst oldu

14 Mar, 2018
01:22
9297

Zəhərlənən Skripal və qızı ömürlük şikəst oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Solsberi şəhərində müəmmalı şəraitdə sinir iflic edən qazla zəhərlənmiş keçmiş rus casus Skripal və onun qızı, sağ qalsa belə ömürlük əlil olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrə açıqlama verən ekspert,  “Noviçok”un  digər sinir-paralitik təsirli maddələrdən azı 10 dəfə güclü olduğunu söyləyib və zərərçəkənlərin sağ qalacağına az ümidin olduğunu bildirib.

Son məlumatlara görə, zərərçəkənlər hazırda koma vəziyyətindədir. Ata ilə qızın huşsuz vəziyyətdə aşkarlandığı ərazidə zərərli qazdan daha 21 nəfərin o cümlədən bir polis əməkdaşının zəhərləndiyi bildirilir.

Britaniya baş naziri Tereza Meyin sözlərinə görə, onlar Solsberi yaxınlığındakı hərbi elmi laboratoriyada anti-dotun olması hesabına sağ qalıblar.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri