17 
Mar
2018
00:52
191
113
2664
Virtual karabakh

Zaxarova: Londona qarşı tədbirlər hazırdır

17 Mar, 2018
00:52
2664

Zaxarova: Londona qarşı tədbirlər hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyaya qarşı cavab ölçüləri ilə bağlı bütün qərarların qəbul olunduğunu bəyan edib

Oxu.Az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Rusiya tərəfinin cavab tədbirləri ilə bağlı qərarlar qəbul olunub, yaxın saatlarda olmasa da, yaxın müddətdə Britaniya tərəfinin diqqətinə çatdırılacaq” deyə Zaxarova bildirib.

Martın 14-də Böyük Britaniya baş naziri Tereza Mey, Moskvanın keçmiş kəşfiyyat polkovniki Serqey Skripalın zəhərlənməsində əlinin olduğunu bildirərək, Londondan 23 rusiyalı diplomatın qovulacağını elan edib. 

Rusiya hökuməti bu iddiaları rədd edərək,  Skripalın və onun qızının zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığını bildirib və  Londona qarşı cavab tədbirlərinin qəbul olunacağını xəbərdar edib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri