20 
Mar
2018
09:16
168
263
4128
Virtual karabakh

Tramp Putini təbrik etməkdən imtina etdi

20 Mar, 2018
09:16
4128

Tramp Putini təbrik etməkdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik etmək niyyətində olmayıb.

Oxu.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Hoqan Hidli “Reuters”ə verdiyi açıqlamada bildirib.

Rəsmi nümayəndənin sözlərinə görə, Putinin Rusiyada dövlət başçısı seçilməsi Tramp administrasiyası üçün gözlənilməz olmayıb, ona görə də, Ağ Ev rəhbəri Putini telefonla təbrik etməyi planlaşdırmayıb.

“Rusiya ilə əlaqələrimizi inkişaf etdirmək üçün işləri davam etdirəcəyik, Rusiya bizim maraqlara təhlükə yaratsa, onlara sanksiyalar tətbiq edəcəyik. Ancaq eyni zamanda, bizim maraqlara uyğun olacağı təqdirdə əməkdaşlıq üçün imkanlar axtarmağa çalışağıq” deyə Hidli bildirib

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri