20 
Mar
2018
12:12
287
67
3639
Virtual karabakh

Zukerberq bir həftəyə altı milyard pul itirib

20 Mar, 2018
12:12
3639

Zukerberq bir həftəyə altı milyard pul itirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin varidatı 6,06 milyard dollar azalıb.

Oxu.Az  CNBC telekanalına istinadən xəbər verir ki, buna səbəb Nyu York fond birjasında şirkətə aid səhmlərin ucuzlaşmasıdır.

Səhmlərin ucuzlaşmasına “Cambridge Analytica” şirkətinin  50 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təsir edib.

İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən şirkət seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.

“Facebook” rəhbərliyi  analitik şirkətin bu əməlindən xəbərsiz olduğunu bəyan etmişdi.

Səhmlərin ucuzlaşmasından sonra 6 milyard dollar itirməsinə baxmayaraq, Zukerberq hələ də dünyanın dördüncü ən zəngin insanıdır.

F.M.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri