22 
Mar
2018
22:51
344
76
4658
Virtual karabakh

Ərdoğanla Tramp arasında telefon danışığı olub – YENİLƏNİB

22 Mar, 2018
22:51
4658

Ərdoğanla Tramp arasında telefon danışığı olub – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Oxu.Az xəbər verir ki, “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.

Onun sözlərinə görə telefon danışıqları zamanı ikitərəfli münasibətlər və regional məsələlər  müzakirə olunub.

Təxmin olunur ki, Ərdoğan – Tramp danışıqlarının əsas mövzusu Mənbic şəhərinin YPG/PKK terrorçularından azad edilməsi haqqında plan olub.

“Ərdoğan amerikalı həmkarı ilə iki dövlət arasındakı münasibətlər və regional məsələlər haqqında danışıblar” , – deyə Kalın bildirib.

12.58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp bölgədəki vəziyyəti müzakirə edəcək.

Oxu.Az Anadolu-ya istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlunun sözlərinə görə, bu gün prezidentlər bir çox məsələlərlə bağlı telefon danışığında fikir mübadiləsi aparacaq.

XİN rəhbəri qeyd edib ki, Ərdoğan və Tramp dövri olaraq telefonla əlaqə saxlayır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri