23 
Mar
2018
11:55
19
337
5542
Virtual karabakh

Qara delfinlər sahilə kütləvi axın etdi – VİDEO

23 Mar, 2018
11:55
5542

Qara delfinlər sahilə kütləvi axın etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın Hamelin körfəzində 150-ə yaxın qara delfin sahilə çıxıb.

Oxu.Az  “The Sydney Morning Herald”a istinadən xəbər verir ki, dəniz məməlilərinin böyük əksəriyyəti dayaz sularda və ya sahildə tələf olub.

Yalnız 15 delfinin sağ qaldığı bildirilir.

Ekoloq Ben Tennokun sözlərinə görə, mütəxəssislər könüllülərlə birgə sağ qalan delfinləri dərin sulara qaytarmağa çalışır. Hadisənin baş verdiyi çimərlik müvəqqəti olaraq bağlanıb. 

Təbiətin qorunması qurumu bildirib ki, delfinlərin leşləri vaxtından çimərlikdən kənarlaşdırılmasa köpəkbalıqlarının sahilə axın etməsinə səbəb olacaq.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri