26 
Mar
2018
22:43
437
73
8263
Virtual karabakh

Türkiyədən Rusiyaya dəstək gəldi

26 Mar, 2018
22:43
8263

Türkiyədən Rusiyaya dəstək gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara “Skripal” işi ilə əlaqədar Rusiyaya qarşı hər hansı ölçü qəbul etmək niyyətində deyil.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ bildirib.

“Keçmiş casusla bağlı yaranan böhran Rusiya və Britaniyanın öz aralarında olan münasibətlərə aiddir. Bu məsələni öz aralarında həll etməlidirlər. Bu baxımdan Türkiyə Rusiyaya qarşı hər hansı qərar qəbul etməyə hazırlaşmır. Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var” deyə Bozdağ jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Qeyd edək ki, bu gün ABŞ, Kanada, Norveç, Albaniya, Ukrayna və 16 Avropa İttifaqı ölkəsi keçmiş casus Skripalın zəhərlənməsi ilə bağlı Rusiyalı diplomatların ölkədən qovulacağını elan edib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri