28 
Mar
2018
23:23
115
56
2915
Virtual karabakh

Tramp və Mey “Rusiya təhdidlərini” müzakirə edib

28 Mar, 2018
23:23
2915

Tramp və Mey “Rusiya təhdidlərini” müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp və Böyük Britaniya baş naziri Tereza Mey  telefon söhbətində Rusiyanın kəşfiyyat orqanından qaynaqlanan təhdidlərin və potensial kimyəvi hücumların qarşısının alınması yollarını müzakirə edib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

“Prezident Donald Tramp bu gün Böyük Britaniya baş naziri Tereza Meylə telefonla danışıb. Hər iki lider Rusiyanın məxfi hərəkətlərini məhdudlaşdırmaq və hər hansı ölkənin ərazisində potensial kimyəvi silahdan istifadə hallarının qarşısını almaq məqsədilə Britaniya və Birləşmiş Ştatlarda  Rusiyaya aid casus şəbəkələrinin ifşa olunmasının vacibliyini vurğulayıb” deyə bəyanatda qeyd olunur.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri