31 
Mar
2018
14:55
23
246
10960
Virtual karabakh

Xarkovda öldürülən azərbaycanlının kimliyi məlum oldu

31 Mar, 2018
14:55
10960

Xarkovda öldürülən azərbaycanlının kimliyi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarkov şəhərində iki gün əvvəl baş verən silahlı insidentin təfərrüatı və öldürülən azərbaycanlının kimliyi məlum olub. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Lev Landau prospektindəki “Ağdam” restoranında baş verib.

Öldürülən azərbaycanlının 32 yaşlı, əslən Gürcüstanın Borçalı mahalından olan Zaur İsmayılov olduğu xəbər verilir.

Z. İsmayılovun təsadüf nəticəsində gülləyə tuş gəldiyi və yerindəcə öldüyü bildirilir.

Belə ki, bir qrup silahlı şəxsin restorandan çıxan digər şəxslərə hücumu zamanı Z. İsmayılov da ortada olub və güllədən yayına bilməyib. Hadisə zamanı restoranın digər millətdən olan müştəriləri də xəsarət alıblar.

Qeyd edək ki, ötən gün Ukrayna mətbuatı Xarkovdakı restoranların birindən çıxan təxminən 10 nəfərə gözlənilmədən bir neçə nəfərin atəş açması barədə məlumat yayıb. Məlumatda bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı, ölənin isə azərbaycanlı olduğu qeyd olunub.

Faktla bağlı cinayət işi açılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri