Apr
2018
21:24
74
316
4809
Virtual karabakh

Tramp Putini Ağ Evə dəvət edib

2 Apr, 2018
21:24
4809

Tramp Putini Ağ Evə dəvət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Vaşinqtonda ikitərəfli görüş keçirməyə dəvət edib.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov açıqlama verib.

“Bizim prezidentlərin telefon danışığında, Tramp ilk görüşü Vaşinqtonda, Ağ Evdə keçirməyi təklif edib...Bu kifayət qədər maraqlı və pozitiv ideyadır” deyə Uşakov bildirib.

Uşakov bildirib ki, görüşün konkret təqvimi hələ ki, müzakirə olunmayıb.

“Hər şey normal olsa, amerikalıların bu təklifdən daşınmayacaqlarını və bizimlə sammitin keçirilməsinin mümkünlüyünü müzakirə edəcəklərinə inanıram” deyə rəsmi əlavə edib.

Xatırladaq ki, martın 20-də Tramp Putinə zəng vurub. ABŞ və Rusiya liderləri Suriya münaqişəsini, Ukrayna böhranını müzakirə edib, iki tərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı razılığa gəlib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri