10 
Apr
2018
02:26
430
27
3893
Virtual karabakh

Erdoğan FETÖ-nü məhv edəcəyinə söz verdi

10 Apr, 2018
02:26
3893

Erdoğan FETÖ-nü məhv edəcəyinə söz verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həm ölkədaxili, həm də ölkə xaricində olan xainlər istisnasız olaraq məsuliyyətə cəlb olunana kimi, bütün təhdidlər tam aradan qalxana kimi, Ankara Fətullah Gülənin terrorçu hərəkatına qarşı  qətiyyətli mübarizəni davam etdirəcək.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qırğızıstanlı həmkarı Soorobay Jeenbekovla Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.  

Ərdoğan deyib ki, Gülən hərəkatı təkcə Türkiyə üçün deyil eyni zamanda digər ölkələr o cümlədən, Qırğızıstan üçün real təhlükə yaradır.

“Bu cinayətkar təşkilatın məhv edilməsi bilavasitə dövlət başçılarının vəzifəsidir”, - deyə Türkiyə lideri vurğulayıb.

“Tam əminəm ki, Qırğızıstan prezidenti Gülən tərəfdarlarının fəaliyyətinin qarşısını almaq üçün çevik və qətiyyətli addımlar atacaq. Ankara öz növbəsində Bişkekə bütün lazımi yardımı göstərməyə hazırdır”, - deyə Ərdoğan  vurğulayıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri