14 
Apr
2018
00:08
25
367
4312
Virtual karabakh

Qəzza bölgəsində gərginlik: 700 yaralı – FOTO + VİDEO

14 Apr, 2018
00:08
4312

Qəzza bölgəsində gərginlik: 700 yaralı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza bölgəsinin müxtəlif rayonlarında İsrailə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Oxu.Az xəbər verir ki, bərpa olunmuş “Böyük qayıdış” yürüşündə iştirak edən insanlar cümə namazından sonra yenidən İsrail sərhədinə axın edib.

İsrail hərbçilərinin açdığı atəş nəticəsində bir fələstinli həlak olub, 701 nəfər yaralanıb.

Anklavın səhiyyə naziri Əşrəf əl-Kedra yaralılar arasında 15 tibb işçisi və 2 jurnalistin olduğunu bəyan edib. Ölən şəxs 28 yaşlı gənc olub.

Nazirin sözlərinə görə, zərərçəkənlərdən 163-ü döyüş güllələrindən, 12-i rezin güllələrdən yaralanıb. 72 nəfər “qaz bombalarından” zəhərlənib.

Bundan əvvəl İsrail hərbi komandanlığı cümə günü sərhəddə yaşanan iğtişaşlarda 10 minə yaxın fələstinlinin iştirak etdiyini bildirmişdi.

İddiaya görə, sərhəd divarını keçməyə çalışan fələstinlilər əsgərlərin üzərinə alışqan materiallar atıb və  Israil hərbçiləri özünü-müdafiə məqsədilə atəş açmalı olub.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri