17 
Apr
2018
01:02
1026
48
12684
Virtual karabakh

Yerevanda etirazçılar mərkəzi küçələri bağlayıb - FOTO + VİDEO + YENİLƏNİB

17 Apr, 2018
01:02
12684

Yerevanda etirazçılar mərkəzi küçələri bağlayıb - FOTO + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda müxalifət tərəfdarları Yerevanın bir sıra mərkəzi küçə və prospektlərini bağlayıb.

Oxu.Az “News.am”a istinadən xəbər verir ki, etirazçılar Tumanyan-Abovayan küçələrinin kəsişməsini bağlayaraq, Şimal prospektinə doğru irəliləyib.

Hal-hazırda onlar Maştos və Amiryan küçələrinin kəsişməsini tutub və nəqliyyatın hərəkətinə əngəl yaradır.

Məlumata görə, sürücülərlə etirazçılar arasında tez-tez mübahisə düşsə də, hələ ki, hər hansı ciddi toqquşma yaşanmayıb.

“Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanın sözlərinə görə, onlar bu prosesi idarə etmir, etirazçılar kor-təbii şəkildə hərəkət edir.

Bundan əvvəl Paşinyan aprelin 17-ə olan tədbirlər planını təqdim etmiş və vətəndaşları parlament binasının giriş-çıxışlarını bağlamağa səsləmişdi.

22:08

Yerevanın Fransa meydanında müxalifət tərəfdarlarının mitinqi başlayıb.

Oxu.Az “News.am”a istinadən xəbər verir ki, mitinqin təşkilatçısı olan erməni deputat Nikol Paşinyan vətəndaşları aprelin 17-də  Ermənistan parlamentinin giriş və çıxışlarını bağlamağa çağırıb.

Qeyd edək ki, sabah Ermənistan parlamentində keçmiş prezident Serj Sarkisyanın baş nazir postuna namizədliyi ilə bağlı səsvermə keçiriləcək.

19:31

Yerevanın mərkəzində polislə etirazçılar arasında baş vermiş toqquşmalarda onlarla insan yaralanıb.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə  ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

“Toqquşmalardan sonra xəstəxanalara 46 vətəndaş, o cümlədə altı polis əməkdaşı müraciət edib. Onlardan bir hissəsi tibbi yardımın göstərilməsindən sonra, evə buraxılıb”,- deyə nazirliyin məlumatında qeyd olunur.  

Məlumata görə, etirazçıların əksəriyyəti ayaq nayihəsindən xəsarət alıb. Polis əməkdaşlarına isə küt və kəsici alətlərlə xəsarətlər yetirilib. Yaralı asayış keşikçilərinin üzərində cərrahi əməliyyat aparılıb.

16:52

Ermənistanın Vətəndaş Sazişi Partiyasının lideri, “Çıxış” blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan paytaxt Yerevanda davam edən etiraz aksiyası zamanı xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Oxu.Az xəbər verir ki, N.Paşinyan əlləri və üzündən xəsarət alıb.

Qeyd edək ki, hazırda Yerevanda Baqramyan prospektində etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurmalar davam edir.

Polisin səs bombasından istifadə etməsi nəticəsində etiraz aksiyasında iştirak edənlərdən bəziləri yaralanıb. Ambulanslar yaralılara yetişə bilib və hazırda onlara ilkin tibbi yardım göstərilir.

10:53

Ermənistanın paytaxtı Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

Oxu.Az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Etirazçı tələbələr dərsə girməyərək, oturaq aksiya keçiriblər və Yerevanın Baqramyan prospektini bağlayıblar.

Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti iflic olub və  polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. 

Tələbələr isə bu tələbə məhəl qoymayıblar və bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri