18 
Apr
2018
17:07
274
116
9942
Virtual karabakh

Türkiyədə növbədənkənar seçkilərin tarixi açıqlandı - YENİLƏNİB

18 Apr, 2018
17:07
9942

Türkiyədə növbədənkənar seçkilərin tarixi açıqlandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baxçalının erkən seçkilər təklifinə müsbət yanaşırıq.

Oxu.Az-ın xəbərinə görə, bunu Ərdoğan bəyan edib.

O qeyd edib ki, Baxçalı ilə görüşdə seçkilərin bu ilin iyunun 24-də keçirilməsi qərara alınıb.

15:56

Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri məsələsi ilə bağlı artıq Ərdoğanla Baxçalı bir araya gəlib və onlar arasında görüş təxminən 25 dəqiqə çəkib.

Oxu.Az-ın xəbərinə görə, yaxın saatlarda Ərdoğanın görüşün detalları ilə bağlı açıqlama verəcəyi bildirilir.

10:25

Türkiyə növbədənkənar prezident və parlament seçkilərinə (erkən seçimə - red.) gedə bilər.

Oxu.Az-ın xəbərinə görə, seçkilərə gedib-getməməklə bağlı qərar Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğanla ittifaq ortağı olan MHP lideri Dövlət Baxçalı arasında bu gün günorta saatlarında keçiriləcək görüşdə veriləcək.

Qeyd edək ki, görüş təklifi Ərdoğandan gəlib.

Onu da vurğulamaq lazımdır ki, Baxçalı dünən MHP-nin TBMM-dəki  növbəti qrup toplantısında çıxışı zamanı gözlənilmədən iqtidarı və ittifaq ortağı olan Ərdoğanı növbədənkənar prezident və parlament seçkiləri keçirməyə çağırıb.

O deyib ki, türk və Türkiyə düşmənlərinə birdəfəlik sarsıdıcı zərbə vurmaq üçün 2019-cu ilin 3 noyabr tarixində keçiriləcək seçkilər bu ilin avqustun 26-na təyin edilsin.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri