19 
Apr
2018
19:37
512
91
4275
Virtual karabakh

Ermənistanda kütləvi həbslər davam edir - YENİLƏNİB

19 Apr, 2018
19:37
4275

Ermənistanda kütləvi həbslər davam edir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda polis qüvvələri dövlət idarələrini etrirazçıların hücumundan qorumaq üçün odlu silahdan istifadə edə bilər .

Oxu.Az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb. 

Ermənistanın paytaxtında keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etirazlar davam edir. Yerenvanın mərkəzində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Etiraz hərəkatının lideri, “Çıxış” partiyasından olan deputat Nikol Paşinyan,  mitinqdə, polisin aksiya iştirakçılarına atəş açmağa haqqının olmadığını bildirib.

“Zorakı hərəkətlər edən nümayişçilərə qarşı odlu silahdan istifadə etmək, nə deməkdir?! Əlbəttə ki, bu qanunsuzdur. Bütün beynəlxalq normalara ziddir.”,- deyə Paşinyan vurğulayıb.

15:26

Ermənistanda davam edən etiraz aksiyaları çərçivəsində bu gün həbs edilənlərin sayı 100-ə çatıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı erməni KİV xəbər yayıb.

Ermənistanda təhlükəsizlik işçiləri Serj Sarkisyanın respublikanın baş naziri postuna təyin edilməsinə etiraz əlaməti olaraq, İrəvanda keçirilən aksiyalarda iştirak edən 100 nümayişçini polis bölməsinə aparıblar.

14:46

Ermənistanda davam edən etiraz aksiyaları çərçivəsində bu gün daha 30 nümayişçi polis bölməsinə gətirilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı erməni KİV xəbər yayıb.

“Polis qanunla müəyyən edilmiş qaydada ictimai asayişin pozulmasına istiqamətli hərəkətlərə yol verən vətəndaşların həbsini davam etdirir. Əgər saxlanılan şəxslər  inzibati həbs nəzərdə tutulmuş müddətdə azad olunmursa, demək, onların hər hansı cinayətdə əli olması araşdırılır”, - bu sözləri Ermənistan polisinin ictimai məsələlər üzrə nümayəndəsi Aşot Aqaronyan deyib.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri