19 
Apr
2018
22:40
203
35
4550
Virtual karabakh

Ukrayna “Skif”i sınaqdan keçirdi – VİDEO

19 Apr, 2018
22:40
4550

Ukrayna “Skif”i sınaqdan keçirdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın hərbi poliqonlarından birində “Skif” tank əleyhinə raket kompleksinin (“Stuqna-P”nin ixrac versiyası) sınaqları keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Luç” konstruktor bürosu “Facebook” səhifəsində məlumat paylaşıb.

“Skif” kompleksinin konstruksiyası sifarişçinin tələbi ilə dəyişdirilib.

“Bütün modifikasiyalar buraxılış qurğusunun yumşaq torpaq və qum şəraitində istifadəsinə adaptasiya olunmasına yönəlib. Raketin özünə heç bir dəyişiklik edilməyib, belə ki, raket əvvəlcədən istənilən iqlim və hava şəraitində istifadə edilə bilməsi üçün hazırlanıb”, - deyə konstruktor bürosunun məlumatında qeyd olunur.

“Skif” TƏRK  Kiyevdə qərarlaşan “Luç” bürosu tərəfindən 2005-ci ildə hazırlanıb. Bir müddət sonra “Pelenq” Belarus şirkətinin əməkdaşlığı ilə teplovizorlu “Skif-M” versiyası ərsəyə gətirilib. Tuşlama lazer şüası ilə hədəfi avtomatik müşayiət edir. Atəş məsafəsi beş kilometrə qədərdir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri