21 
Apr
2018
01:51
174
27
1978
Virtual karabakh

Berluskoni mafiya ilə əməkdaşlıqda ittiham olunur

21 Apr, 2018
01:51
1978

Berluskoni mafiya ilə əməkdaşlıqda ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nüfuzlu siciliyalı təhqiqatçı Nino Di Matteo keçmiş İtaliya baş naziri Silvio Berluskonini “mafiya əlaqələri” ilə bağlı qalmaqalda iştirak etməkdə ittiham edir. 

Oxu.Az xəbər verir ki, söhbət 1990-cı illərin əvvəllərində İtaliyanın yüksək vəzifəli dövlət məmurlarının  “Koza nostra” mafiyasının başçıları ilə apardığı gizli danışıqlardan gedir.

Berluskoni və onun tərəfdarları ittihamları dərhal rədd edib.

Aprelin 20-də Palermo andlı münsiflər məhkəməsində uzun illər davam edən proses üzrə hökm oxunub. Doqquz müttəhimdən yeddisi, o cümlədən Berluskoninin yaxın dostu, keçmiş Senator Marçello Dellutri ittiham üzrə təqsirli bilinib.   

Onlar “İrəli, İtaliya” partiyasını 1994-cü ildə bərabər şəkildə təsis ediblər.

Cümə günü “İrəli, İtaliya” partiyasının rəhbərliyi Di Matteonun bəyanatını qəti şəkildə rədd edərək, Berluskoniyə qarşı ittihamın əsassız olduğunu bildirib.

“Biz Berluskoninin adını “dövlət-mafiya danışıqları” işi ilə əlaqələndirmək cəhdlərini israrlı şəkildə rədd edirik,  bu cəhdlər məntiqsizdir və həqiqəti əks etdirmir”, - deyə bəyanatda deyilir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri