23 
Apr
2018
15:39
1052
44
18666
Virtual karabakh

Yerevanda hərbçilər hərbi hissələri tərk edirlər - VİDEO + YENİLƏNİB

23 Apr, 2018
15:39
18666

Yerevanda hərbçilər hərbi hissələri tərk edirlər - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni mətbuatında hərbçilərin Ermənistanın hərbi hissələrini kütləvi tərk etməsi ilə bağlı görüntülər yayılıb. 

Oxu.Az həmin görüntüləri təqdim edir:

13:13

Yerevandakı etirazçı tələbələrə bir qrup hərbçilər də qatılıb. 

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçıların arasında əlində bayraq ilə polkovnik-leytenant rütbəsi daşıyan zabit də var.

12:11

Aprelin 23-də Yerevan Dövlət Universitetinin tələbələri etiraz aksiyası keçiriblər. 

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, tələbələr səhər saatlarında universitetin əsas binasının qarşısında toplanaraq “Müəllim, sən də qoşul” şüarı səsləndiriblər.

Müəllimləri də etiraz aksiyasına çağıran tələbələr dərsləri boykot edərək tətil elan ediblər. 

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri