27 
Apr
2018
02:23
48
176
3512
Virtual karabakh

Putin ən yeni silahların yaradıcıları haqqında danışdı

27 Apr, 2018
02:23
3512

Putin ən yeni silahların yaradıcıları haqqında danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın ən yeni silah sistemlərindən biri ali məktəbi bitirən kimi işə başlamış gənc alimlər tərəfindən hazırlanıb.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ümumilli rektorlar şurasının iclasında bildirib.

“Onlardan soruşuram: siz haradan gəlib çıxmısız?  Mənə cavab verirlər: qrant ayrılan kimi, ali təhsil ocağından bütün qrupla gəldilər, kollektiv qurub yeddi il ərzində ən güclü, ən müasir zərbəçi döyüş sistemini yaratdılar”, - deyə Rusiya lideri qeyd edib.  

Çıxışında Putin ən müasir Rusiya silahlarından o cümlədən,  yüksək dəqiqlikli “Kinjal” aviaraket kompleksi, “Sarmat” qitələrarası ballistik raketi və səs sürətini aşan “Avanqard” raket kompleksindən söz açıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri