30 
Apr
2018
23:59
220
31
3083
Virtual karabakh

“Twitter”dəki yazısına görə Trampı məhkəməyə verdilər

30 Apr, 2018
23:59
3083

“Twitter”dəki yazısına görə Trampı məhkəməyə verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı pornoaktrisa Stormi Daniels “Twitter”də böhtan xarakterli paylaşımına görə, ABŞ prezidenti Donald Trampı məhkəməyə verdiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Əsl adı Stefani Kliford olan pornoaktrisa Las Veqasda, avtomobillərin duracaq yerində naməlum bir kişinin ona yaxınlaşaraq Trampla cinsi əlaqədə olması ilə bağlı ittihamlara son qoymasını tələb etdiyini  və hədə-qorxu gəldiyini bildirmişdi.  

Bu bəyanata cavab olaraq Tramp öz “Twitter” səhifəsində,həmin şəxsin hadisədən bir il sonra tərtib olunan eskizini paylaşaraq, bunun bir fırıldaq olduğunu və eskizdəki şəxsin daha çox Danielsin məhbus həyatı yaşamış keçmiş sevgilisinə bənzədiyinə eyham vurmuşdu.

Daniels Trampın bu paylaşımına görə, böhtan ittihamı ilə məhkəməyə şikayət edib.

Qeyd edək ki, pornoaktrisa əmin edir ki, 2006-cı ildə Trampla intim əlaqədə olub və onun vəkili Danielsin bu barədə susması müqabilində ona 130 min dollar pul ödəyib.

ABŞ prezidenti Donald Tramp  bu ittihamları qəti şəkildə rədd edir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri