May
2018
12:54
112
24
2214
Virtual karabakh

Harvi Vaynşteyn zorlamada ittiham olunur

2 May, 2018
12:54
2214

Harvi Vaynşteyn zorlamada ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Marko Polo” serialının prodüseri Harvi Vaynşteyn məhkəmə verilib. Harvinin köməkçisi Aleksandra Kanosa onu zorlamada, cinsi təcavüzdə və təhdiddə ittiham edir. 

Oxu.Az xəbər verir ki, bununla bağlı CNN telekanalı məlumat yayıb. 

İddia Manhettondakı rayon məhkəməsinə təqdim olunub. Kanosa iddia edir ki, beş il ərzində Vaynşteyn tərəfindən edilən müxtəlif zorakılıqlara dözüb. O bildirib ki, prodüser Los-Ancelesdə onunla intim əlaqədə olub, Malaziyada isə zorlanıb.

Qadın bildirib ki, Vaynşteyn onu təhdid edib və bu hadisəni açıqlayacağı təqdirdə karyerasının başa çatacağını deyib.  

Kanosa əlavə edib ki, onun zorlanması ilə bağlı “Weinstein Company” şirkətinin bir çox əməkdaşı xəbərdardır. 

Vaynşteynin nümayəndələri artıq bu iddiaların yalan olduğunu açıqlayıblar. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri