May
2018
13:39
68
745
10670
Virtual karabakh

Paşinyan Ermənistanın baş naziri seçilib

8 May, 2018
13:39
10670

Paşinyan Ermənistanın baş naziri seçilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazir seçilib.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki,  bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclasında səsvermə keçirilib.

“Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi qəbul edilib.

Qeyd edək ki, daha öncə mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri