May
2018
18:10
89
492
23437
Virtual karabakh

Türkmənbaşının hədiyyələri idmançılardan geri alınır

8 May, 2018
18:10
23437

Türkmənbaşının hədiyyələri idmançılardan geri alınır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistanda V Asiya Oyunlarının bəzi çempionlarından prezidentin hədiyyələri geri alınır.

Oxu.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.

Söhbət 2017-ci ilin sentyabr ayında Aşqabadda keçirilən yarışlardan gedir.

Türkmənistan iqtisadi böhran keçirdiyi halda, sözügedən idman tədbirinin keçirilməsinə milyardlarla dollar xərclənib.

Həmin vaxt yarışda qalib gələn türkmən idmançılara medallardan savayı, müxtəlif qiymətli əşyalar, o cümlədən “Toyota Camry GL” avtomobilləri hədiyyə edilmişdi.

Məhz bu avtomobillər türkmən atletlərdən alınıb.

Məlumata əsasən, avtomobillər hədiyyə edildikdən sonra çempionlara onlardan istifadə etməmələri tapşırılıb. Üstündən bir ay keçməmiş, təhlükəsizlik orqanının əməkdaşları avtomobilləri səbəbsiz şəkildə müsadirə edib.

“Soruşsalar deyin ki, avtomobilləri satmışıq”, - deyə atletlərə bildirilib.

Azı üç idmançının beləcə Türkmənistan prezidentinin hədiyyəsindən məhrum olduğu deyilir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri